Baş nazir Artur Rasi-zadənin imzaladığı qərarlara əsasən, "Qala" qoruğu istisna olmaqla digər qoruqların ərazisində və onların mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binalarımn dayanıqlılığəna mənfi təsir göstərməmək şərti ilə yerləşdirilə bilər. "Qala" qoruğunda isə bu səlahiyyət qoruq idarəsinə verilib.
Bundan başqa, Nazirlər Kabineti 7 fevral 2000-ci il tarixli "Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, sınağın və yoxlamanın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında" qərarına dəyişiklik edib. Dəyişikliyə əsasən, avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməyən, yol hərəkəti iştirakçıları üçün maneə və təhlükə yaradan, onların həyat və sağlamlığına təhlükə yarada bilən, sürücülərin yol şəraitinin qiymətləndirməsini çətinləşdirən, yol hərəkəti nişanlarına və yazılarına bənzəyən reklam qurğularının yerləşdirilməsinə yol verilmir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimlənmə vasitələrində, yol qurğularında reklamlın yerləşdirilməsi qadağandır.