Suriya hökumətinin malik olduğu ballistik raketlər Türkiyənin təhlükəsizliyinə təhdid törədir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin müdafiə naziri Fikri İşık NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdə deyib.
Onun sözlərinə görə, ballistik təhdiddən qorunmaq üçün Türkiyə raketdən müdafiə sistemlərini möhkəmləndirməlidir.
Milli.Az