Bu gün Çempionlar Liqasında (ÇL) 2016/2017 mövsümünün qrup mərhələsinə start veriləcək. Milli.Az apasport.az-a istinadən xəbər verir ki,ilk oyun günündə A, B, C və D qruplarında mübarizə başlayacaq.

Əsas diqqət çəkən görüş Parisdə baş tutacaq. Zlatan İbrahimoviçin gedişindən sonra əvvəlki gücünü itirməməyə çalışan PSJ öz meydanında "Arsenal"la qarşılaşacaq.

Azərbaycanlı azarkeşlərin diqqəti eyni zamanda Portuqaliyada olacaq. Belə ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" səfərdə "Benfika" ilə münasibətlərinə aydınlıq gətirəcək. "Qartal" ləqəbli iki komandanın mübarizəsi böyük maraq kəsb edir.

"Barselona", "Mançester Siti", "Bavariya" və "Atletiko" kimi komandalar da bu gün meydana çıxacaqlar.

Çempionlar Liqası
Qrup mərhələsi. I tur

13 sentyabr

A qrupu
22:45. "Bazel" (İsveçrə) - "Ludoqorets" (Bolqarıstan)
22:45. PSJ (Fransa) - "Arsenal" (İngiltərə)

B qrupu
22:45. "Benfika" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə)
22:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Napoli" (İtaliya)

C qrupu
22:45. "Barselona" (İspaniya) - "Seltik" (Şotlandiya)
22:45. "Mançester Siti" (İngiltərə) - "Borussiya" (Mönhenqladbax, Almaniya)

D qrupu
22:45. "Bavariya" (Almaniya) - "Rostov" (Rusiya)
22:45. PSV (Hollandiya) - "Atletiko" (İspaniya)

Milli.Az