Bodrumda konsert verən Sərdar Ortaç fanatlarına bəzi məsləhətlər də verib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı "İki dəli" mahnısını ifa edərkən "Hər kəs bir gün axtardığı "dəlini" tapacaq" deyə zarafatla evlənməyin pis bir şey olmadığını söyləyib.
S.Ortaç deyib ki, bəzi sözləri bundan sonra istifadə etməyəcəyini də deyib:
"Evli olduğum üçün bundan sonra heç kimə canım, cicim sözlərini deməyəcəyəm".
Qeyd edək ki, S.Ortaç 2014-cü ilin iyununda Xloe Luqnanla ailə qurub.
Milli.Az