"Report" xəbər verir ki, bu barədə türkmən televiziyası bildirib.
Məlumata görə, idman üzrə dövlət komitəsi vəzifəsinə əvvəllər Türkmənistanın Azərbaycan respublikasında fövqəladə və səlahiyyətli səfiri postunu tutmuş Toyli Komekov təyin edilib.
Qeyd edək ki, Qurbanqulu Berdiməhəmmədov avqustda Rio-de-Janeyroda Olimpiya oyunlarında türkmən yığmasının müvəffəqiyyətsiz çıxışına görə Kakbəy Seyidova vəzifədən çıxarılma haqqında son xəbərdarlıqla töhmət elan edib.
Həmçinin dövlət başçısı hökumətə türkmən idmanında vəziyyəti təhlil etməyi tapşırıb.