Müğənni Elnarə Xəlilova həyat yoldaşına təriflər yağdırıb.
Publika.az xəbər verir ki, müğənni bu gün doğum gününü qeyd edən həyat yoldaşını sosial şəbəkədə təbrik edib.
Onu belə vəsf edib: “Bu gün ömür-gün yoldaşım, dostum, prodüserim, məsləhətçim, sirdaşım, yoldaşım, uşaqlarımın atası Rövşən Cahangirin doğum günüdür. Mən onu ürəkdən təbrik edirəm. Həyatda bütün gözəllikləri ona arzu edirəm. Çox xoşbəxtəm ki, əxlaqlı, imanlı, tərbiyəli, qanacaqlı, qabiliyyətli, biri ilə rastlaşdım”.
Qeyd edək ki cütlüyün dörd övladı var.
Cəvahir