Bu gün Topaz Premyer Liqasında V tura start veriləcək. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Açılış matçında “Kəpəz” "Sumqayıt"ın qonağı olacaq. İlk 4 turda sadəcə bir qələbə qazanan gəncəlilər turnir cədvəlində özündən bir pillə aşağıda yerləşmiş “kimyaçılar” qarşısında növbəti 3 xalı hədəfləyir. Bu, baş tutacağı halda Şahin Diniyevin yetirmələri ən az bir günlük ilk üçlükdə qərarlaşacaq. “Sumqayıt” isə “Kəpəz”ə qarşı 5 oyundu davam edən qələbəsizlik seriyasını qırmağı hədəfləyir. Doğma meydanda azarkeş dəstəyini də nəzərə alan Samir Abasovun komandası qalib gələcəyi halda autsayder mövqeyindən uzaqlaşacaq.
Günün ikinci oyununda isə son günlər tarixinin ən pis dönəmlərindən birini keçirən “Neftçi” “İnter” səfərinə yollanacaq. Mövsümə yaxşı başlayan və 4 oyundan sonra uduzmayan “bankirlər” məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək üçün əla şansa malikdi. Ötən tur “Qəbələ”dən 8 cavabsız qol buraxan “ağ-qaralar” isə yeni baş məşqçi ilə yeni səhifə açmaq istəyir. Bunun üçün “İnter”dən alınacaq bir xal da yaxşı başlanğıc ola bilər. Zaur Svanadzenin yetirmələri isə Elxan Abdullayevin siftəsini korlamağ hədəfləyirlər.
Premyer Liqa
2016/17 mövsümü
I dövrə, V tur

18 sentyabr
18.00 Sumqayıt - Kəpəz
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Rahil Ramazanov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Kərim Ağayev.
Sumqayıt şəhər stadionu.

20.00 İnter - Neftçi
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Akif Əmirəli, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Əli Hüseynov.
“İnter Arena”.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

4

3

0

1

12:2

9

2

İnter

4

2

2

0

6:4

8

3

Qəbələ

3

2

1

0

10:0

7

4

Zirə

4

2

0

2

4:4

6

5

Kəpəz

4

1

2

1

4:4

5

6

Sumqayıt

3

1

0

2

2:4

3

7

Neftçi

4

1

0

3

2:12

3

8

AZAL

4

0

1

3

1:11

1

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 4. Ruslan Abışov (İnter), Reynaldo Silva (Qarabağ) - 3.


Fanat.Az