"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə F.Babyev 5 il və X.Ağayev isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər iki şəxs Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onunların üzərinə baxış aparılarkən heroin aşkarlanıb. F.Babayev və X.Ağayev Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə ittiham olunublar.