İsrailin Türkiyədəki səfirliyinin binasına silahlı hücum edən şəxsin kimliyi bəlli olub.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, tutulmuş şəxsin 1978-ci il təvəllüdlü Konya şəhər sakini Osman Nuri Çalışkan olduğu müəyyənləşib.

Hadisə zamanı o, əlindəki çanta ilə təkbir gətirərək səfirliyə doğru qaçıb. O, ayağından vurularaq dayandırılıb.

Şübhəli şəxs dərhal yaxınlıqda yerləşən xəstəxanaya aparılıb və müalicəsinin ardından sorğu-sual edilib.

Osman Nuri Çalışkanın ilk ifadəsi zamanı hadisəni Yaxın Şərqdəki qanı dayandırmaq üçün etdiyini deyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

İsrail səfirliyinə hücum edən şəxsin kimliyi bilindi - FOTO