"MS" (mərkəzi sinir sistemi) xəstəliyindən əziyyət çəkən türk müğənni Sərdar Ortaç həyat yoldaşı Xloe Luqnanla yürüyüş edərkən görüntülənib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 46 yaşlı ifaçı xəstəliyi ilə bağlı danışaraq səhhətinin pis olduğunu bildirib:
"Səhhətim bərbad vəziyyətdədir. Amma nə edim? Yaxşı olmağa çalışıram".
S.Ortaç yayda çox işlədiyini və hazırda dincəlməyə ehtiyacı olduğunu da söyləyib:
"Artıq Ortaçı atdım, Sərdarı yaşayıram. İstirahət edəcəyəm".
Milli.Az