Yeddi il hərbi xidmətdən yayınan Ermənistan vətəndaşı Moskvada "Domodedovo" hava limanında tutulub.

Milli.Az report-a istinadən bildirir ki, 25 yaşlı gənc Domodedovo-Yemelyanov reysi ilə uçmaq istəyərkən saxlanılıb.

Ermənistan Daxili İşlər Nazirliyinin Taşir rayon polis bölməsi onun barəsində 2009-cu ildən axtarış elan edib.

Məlumata görə, onun ölkəsinə təhvil verilməsi məsələsinə baxılır.

Milli.Az