Naməlum şəxs Paris ətrafında atəş açıb, iki nəfər ağır yaralanıb
Paylaş
50 baxış·1 dəq oxu
Bakı. 26 sentyabr. REPORT.AZ/ Fransa paytaxtı Paris ətrafında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində iki nəfər ağır yaralanıb. "Report" TASS-a istinadən xəbər verir ki, hadisə Paris ətrafında yerləşən Por-Marli şəhərində mağazalardan birində baş verib. Hadisənin səbəbi haqda məlumat yayılmayıb.