“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, Hindistan üçün layihələndirilən və nəzərdə tutulan “YouTube Go” qoşulma və şəbəkənin xüsusiyyətləri nəzərə alınmaqla ölkə sakinlərinə videoservisin bütün gözəlliklərini çatdıracaq.
Əlavə videonun ilk fraqmentindən istifadəyə imkan verməklə yüklənən faylın ölçüsünü göstərir və videonun keyfiyyətini seçir. Bundan başqa, videonu “Bluetooth” ilə başqa telefona ötürmək mümkündür. “YouTube Go” videonun yerləşməsini yadda saxladığına görə onu qovluqlarda axtarmağa ehtiyac qalmır.
Hazırda “YouTube Go” layihəsi üçün sınaqlarda iştirak edəcək şəxslərin qeydiyyatı aparılır. Əlavənin Hindistanda və dünyanın digər regionlarında nə vaxt istifadəyə veriləcəyi açıqlanmır.
Nizam Nuriyev