İslamın gözdən salmağa çalışan qüvvələr hər gün yeni bir ideya, yeni bir layihə ilə gündəmə çıxırlar. Bir müddət əvvələ kimi şiə və sünnilər arasında namazın necə qılınması barədə böyük mübahisə başlatdılar. Alimlərin müdaxilələrindən sonra bu məsələlər gündəmdən çıxdı. Daha sonra sünnilərin məscidində partlayış törədib işi şiələrin üstünə atdılar, daha sonra isə əksinə hərəkət etdilər. Bu məsələdə də öz istəklərinə müvəffəq olmadıqları üçün bu dəfə İŞİD terrorçularının əli ilə qadınları, qocaları, uşaqları qətliam edib, bütün dünyaya islamı terror dini, zorakılıq dini kimi təqdim etməyə başladılar. Etiraf edək ki, bu işi çox uğurla həyata keçirdilər və sülh, əmin-amanlıq, zorakılığı pisləyən, hətta kafirlərə belə xoş münasibət göstərən bir dini qeyri-müsəlmanların gözündə kölgəyə saldılar. Amma bu əməlləri də öz hədəfinə tam çatmadı və aparılan informasiya müharibəsində uduzanların elə iyrənc varlıqların arxasında duranlar olduğu ortaya çıxdı.

İndi isə yeni dönəm başlayır. Yetişdirdikləri və həyat tərzləri islamın prinsipləri ilə uyğun gəlməyən qadınların başlarına yaylıq atıb onları hicablı kimi ortaya atıblar. Belələrini hətta televiziya aparıcısı kimi ekrana çıxarıb, geniş şəkildə təbliğ də edirlər. Nəticə isə belə olur: o cür qadınların geyim tərzini görənlər islamı və hicabı da o cür qavrayırlar. Elələrini özlərinə ideal seçənlər, onların həyat tərzini də öz həyatlarına, evlərinə gətirirlər. Və bir gün həmin hicablı kimi sırınan şəxsi də çıxarırlar ən əxlaqsız jurnal olan "Playboya"a ki, burada poza ver.

Milli.Az faktxeber.com-a istinadən bildirir ki, növbəti addım isə, əllərində olan media vasitələri ilə "Müsəlman hicablı qadın "Playboy" jurnalına çəkildi" xəbərini yaymaq olur. Zərbə alan isə yenə islam olur. "Bu da hicablı!", "Bu da müsəlman!", "Bu da islam dini!"..."Bu da...", "Bu da..." kimi iradlar səsləndirilir. Və aralarında, "Burada nə var ki, çəkilib də", - deyənlər də olur. Amma çox az sayda adam fikirləşir ki, bu əslində hicablı deyil, başına yaylıq atmış biridir. "Hicablının saçı, qolları dirsəyə kimi, boyun-boğazı açıq olmaz", deyə fikirləşənlər də az olur. Hətta onu da fikirləşmirlər ki, müsəlman olan, hicab bağladığını deyən, islam dinində olduğunu deyən şəxsin "Playboy" jurnalında nə işi var?

Belə bir addımı atan ABŞ-ın CTV News telekanalının müxbiri olan Nur Taquridir. O, jurnala çəkilməsinin səbəbi barədə danışarkən bildirib ki, bununla necə yaşamağın lazım olduğunu göstərib.

Qısası, fərq etməz, özünü müsəlman deyil, lap xristian, yəhudi olsun, əsl xanım bilən şəxs dünyadan əxlaqsızlığı təbliğ etməsi ilə ad çıxaran və bu yöndə fəaliyyət göstərən media orqanına çıxmaz, bunu özünün abrının getməsi kimi başa düşər. Bütün dünyanın gözünün müsəlmanların üstündə olduğu, islamın aşağılanmasına cəhdlərin edildiyi bir vaxtda isə əslən Liviyadan olduğunu və müsəlman inancını daşıdığını deyən birinin bu addımı ancaq düşmən dəyirmanına su tökməkdir.

Milli.Az

Özünü müsəlman bilən şəxsin əxlaqsız jurnalın səhifəsinə nə işi var? - FOTO
Özünü müsəlman bilən şəxsin əxlaqsız jurnalın səhifəsinə nə işi var? - FOTO
Özünü müsəlman bilən şəxsin əxlaqsız jurnalın səhifəsinə nə işi var? - FOTO
Özünü müsəlman bilən şəxsin əxlaqsız jurnalın səhifəsinə nə işi var? - FOTO