Əgər müharibə başlasa, Hindistanı nüvə silahı ilə məhv edəcəyik.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Pakistan müdafiə naziri Xavac Asif söyləyib. Onun sözlərinə görə, Pakistan Hindistan tərəfindən olacaq istənilən hücuma cavab verməyə hazırdır.
Qeyd edək ki, son günlər Hindistan-Pakistan sərhədində vəziyyət gərginləşib. Bu gərginlik, xüsusilə Pakistanın iki hərbçisinin hind əsgərləri tərəfindən öldürülməsindən sonra pik səviyyəyə çatıb. Bundan başqa, Kəşmirdə də qeyri-stabillik artıb. Rəsmi Dehli gərginliyin yaranmasında rəsmi İslamabadı günahkar hesab edir.
Milli.Az