Arzu Babayeva anadangəlmə eşitmə və nitq qüsurludur. O, eşidə və danışa bilməsə də, bacarığını əl işləri ilə nümayiş etdirir.

Arzunun heç kimin bacara bilmədiyi qədər qeyri-adi toxuma tərzi var. Çünki o, peşəkar toxucular kimi heç bir mildən istifadə etmir.

Milli.Az xəbər verir ki, 13 yaşlı Arzu əlvan saplardan əl barmaqları ilə geyim və bəzək əşyaları toxuyur. Kiçik, zərif barmaqları ilə toxuduğu əl işlərinə qiymət verib satın alanlar belə var.

Xatırladaq ki, ölkənin ilk uşaq xəbər proqramı olan "Xəbərdar ol" həftə içi 5 gün saat 18:00-da "ARB Günəş"- in efirində aparıcı Rahim Qafarlının təqdimatında yayımlanır.

Milli.Az

Fiziki məhdudiyyətli 13 yaşlı qızın qeyri-adi bacarığı - VİDEO – FOTO