"Report"un məlumatına görə, turun ikinci oyun günündə iki görüş baş tutacaq.
İlk oyun "Sumqayıt"da olacaq. Sumqayıtın eyniadlı komandası AZAL-ı qəbul edəcək. Son turda "Neftçi" ilə səfər oyunundan qalib (2:1) ayrılan "Sumqayıt" uğurlu seriyanı davam etdirmək üçün bu dəfə də "təyyarəçilər"dən üstün olmağa çalışacaq. Şüvəlan klubu isə qara zolaqdan, sonuncu pillədən xilas olmaq üçün mübarizə aparacaq. "Sumqayıt" hazırda 7 xalla turnir cədvəlinin 5-ci, AZAL isə 1 xalla sonuncu pillədə qərarlaşıb. Komandalar bu günədək 20 dəfə qarşılaşıb. Bu matçların dördündə "Sumqayıt", səkkizində isə AZAL qələbə sevinci yaşayıb. Səkkiz oyunda isə qalib müəyyənləşməyib. Son 3 matçda qonaq komanda qola və xala həsrət qalıb. AZAL son 8 matçda cəmi 1 dəfə uduzub.
Günün son oyununda isə futbol azarkeşləri tarixi derbinin - "Neftçi" - "Kəpəz" oyununun şahidi olacaqlar. Cari mövsümdə istədiyi nəticəni göstərə bilməyən Bakı təmsilçisi bu qələbə ilə uğursuzluq zolağından çıxa bilər. Üç xal "Neftçi"ni turnir cədvəlinin autsayderi AZAL-dan uzaqlaşdıracaqsa, "Kəpəz" xallarını 10-a çatdıraraq 4-cü pillədəki mövqeyini qoruyacaq. Komandalar bu günədək ölkə çempionatlarında 43 dəfə üz-üzə gəliblər. Qələbə sayında üstünlük "ağ-qaralar"ın tərəfindədir. İyirmi dəfə "Neftçi", 16 dəfə isə "Kəpəz" qalib gəlib. Yeddi oyun isə heç-heçə başa çatıb. "Kəpəz" son 11 oyunda yalnız 1 qələbə qazanıb. Son 5 matçda meydan sahibi olan komanda qalib gəlməyib.
Tura sabah keçiriləcək "Qəbələ" - "Sumqayıt" oyunu ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, VII tur
01 oktyabr (şənbə)
17:00. "Sumqayıt" – AZAL
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Vaqif Musayev, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
Sumqayıt. "Kapital Bank Arena"
19:00. "Neftçi" – "Kəpəz"
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Masazır. "Əlincə Arena"
Qeyd edək ki, turun açılış oyununda "İnter" və "Zirə" komandaları üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə başa çatıb.