Bu gün Azərbaycan Premyer Liqasında VI turun daha iki qarşılaşması keçiriləcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə turnir cədvəlində liderlərdən uzaq düşən komandalar meydana çıxacaqlar.
Çempionatın autsayderi AZAL "Sumqayıt"la səfər oyununda qələbəsizliyə son qoymağa çalışacaq. "Təyyarəçilər" 10 oyunluq seriyanı qırsalar, son pilləni ölkənin ən titullu klubu "Neftçi"yə təhvil verəcəklər. Sumqayıtlılar isə 4-cü pillədəki mövqelərini qorumaq üçün turu itkisiz başa vurmalıdırlar.
Günün ikinci oyununda isə hazırda yaxşı günlərini yaşamayan "ağ-qaralar" çempionata o qədər uğurlu start verə bilməyən "Kəpəz"i qəbul edəcəklər. Ölkənin iki ən köklü klubunun qarşılaşması hər iki tərəf üçün uğrusuzluğa son qoymaq baxımından olduqca önəmlidir. Gəncəlilər qələbə qazanacaqları halda turnir cədvəlində irəliləyə biləcəklər.
"Neftçi" isə 5 oyunluq ardıcıl məğlubiyyətlər rekordunu yeniləməmək üçün doğma azarkeşlər önündə qələbə qazanmalıdır. Elxan Abdullayevin baş məşqçi vəzifəsinə gəlməsindən sonra xal qazanmayan paytaxt futbolçuları "qara zolaq"dan çıxmaq üçün əzəli rəqiblərini keçməlidirlər.
Topaz Premyer Liqası
VII tur
01 oktyabr (şənbə)
17:00. "Sumqayıt" - AZAL
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Vaqif Musayev, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
Sumqayıt şəhər stadionu
19:00. "Neftçi" - "Kəpəz"
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
"Əlincə Arena"
Turnir cədvəli
|
1 |
Qəbələ |
6 |
5 |
1 |
0 |
17-0 |
16 |
|
2 |
İnter |
7 |
4 |
3 |
0 |
12-7 |
15 |
|
3 |
Qarabağ |
6 |
4 |
1 |
1 |
15-3 |
13 |
|
4 |
Sumqayıt |
6 |
2 |
1 |
3 |
5-8 |
7 |
|
5 |
Kəpəz |
6 |
1 |
4 |
1 |
6-6 |
7 |
|
6 |
Zirə |
7 |
2 |
1 |
4 |
5-9 |
7 |
|
7 |
Neftçi |
6 |
1 |
0 |
5 |
4-16 |
3 |
|
8 |
AZAL |
6 |
0 |
1 |
5 |
2-17 |
1 |
Bombardir: Baqali Dabo ("Qəbələ") - 6.