Premyer Liqada VII tur davam edir. Fanat.Az xəbər verir ki, bu gün biri Sumqayıtda, digəri isə paytaxtda olmaqla, iki oyun keçiriləcək.
Cari mövsümün autsayderləri - AZAL “Sumqayıt”ın qonağı olacaq, “Neftçi” isə “Kəpəz”i qəbul edəcək. Sonuncu pillədə qərarlaşan və 5 matçda məğlub olan “təyyarəçilər”dən fərqli olaraq, “ağ-qaralar”ın hesabında 1 qələbə var ki, onu da elə AZAL-la dueldə əldə ediblər.
17:00 “Sumqayıt” – AZAL
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Vaqif Musayev, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
“Kapital Bank Arena”
19:00 “Neftçi” – “Kəpəz”
Hakimlər: ÖMƏR PAŞAYEV, Namiq Hüseynov, Mehman Mahmudov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Əlincə Arena”
Fanat.Az