Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?

Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?
21:42 1 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan-İran birgə avtomobil zavodu ilk məhsulunu 2017-ci ilin may ayında buraxacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İranın sənaye nazirinin müavini Cəfər Sarcini deyib.

Onun sözlərinə görə, Azərbaycanın "AzEuroCar LLC" şirkəti və İran maşıqnqayırmasının böyük şirkəti "Khodro" Neftçala rayonunda birgə müəssisənin yaradılması üçün ilk addımları atıblar.

Qeyd edək ki, avqust ayında Neftçalada 10 ha ərazidə birgə avtomobil zavodunun təməlqoyma mərasimi keçiriilib.

Layihənin dəyəri 15 milyon dollar dəyərindədir. Bu zavodda İranın Dena, Runna, Soren və Samand avtomobil markaları istehsal ediləcək. Zavodun gücü ildə 10000 avtomobil istehsalı təşkil edəcək.

İlkin mərhələdə 300 işçi yerinin olması nəzərdə tutulan zavod artıq tikinti mərhələsindədir.

Layihə iştirakçıları hazır məhsulun təxminən 20 faizinin ixrac ediləcəyi barədə bildiriblər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR