İntizarda olan möminin vəzifələri

İntizarda olan möminin vəzifələri
21:47 1 Oktyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

O kəs ki, intizardadır - laqeyd və hədəfsiz deyildir. Həzrət Yəqub (ə), Həzrət Yusifin (ə) intizarında idi. O, işsiz qalmırdı və övladlarına buyururdu: "Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz". ("Yusif" 87).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, həmin bu sözlər Həzrət Məhdinin (ə.f) müntəzirləri üçün də deyilir: "Fərəcin intizarında olun və Allahın ruhundan ümidsiz olmayın".
Ona görə də intizarda olanların bəzi vəzifələri vardır ki, gərək onlara əməl etsin.
1. İqbal. İntizarda olanın ilk vəzifəsi - iqbal olmalıdır. Yəni, məhbuba üz çevirib, ürəyini ona verməkdir. O kəslər ki, ürəklərini Fatimənin (s.ə) Yusifinə (ə) veriblər - ona üz çevirib, onu çağırarlar və deyərlər: "İnna təvəccəhha və vəstəşfəna və təvəssəlna bikə iləllah". Qəlb iqbalı tanıma hissindən və məhəbbətdən qaynaqlanar. Ona görə də hər bir intizarda olanın ilk vəzifəsi budur ki, İmamı (ə.f) tanısın və onu sevsin. Bu qaib İmamı (ə.f) necə sevməmək olar, o halda ki, bizə bu qədər mehribandır və bəlaları bizdən dəf edir. Çünki İmam (ə.f) öz mübarək dili ilə buyurmuşdur: "Allah mənə görə nəslimdən və davamçılarımdan bəlanı uzaqlaşdırar".
2. Misaq. "Həmin o kəslər ki, Allahın əhdinə vəfa edir və (Onun tövhidinin əqli və nəqli) peymanı(nı) sındırmırlar". ("Rəd" 20). İntizarda olan hər bir Əhli-Beyt (ə) davamçısı qəlb iqbalı sayəsində Hüccət ilə rabitəsini o qədər möhkəmləndirir ki, ondan heç bir gözləntisi olmaz. Bəlkə özü ilə əhd bağlayır ki, bütün mal-dövlətini, varlığını, Allahın ona verdiyi hər bir neməti məhbubunun yolunda sərf etsin və bu, misaqdır. Əgər möminlər Allahla bağladıqları əhdə vəfadar olsalar, şübhəsiz ki, zühur zamanı gəlib çatacaqdır. Ona görə də Həzrətlə (ə.f) görüşməyin istedadına malik olmayınca, onunla görüşmək feyzinə nail ola bilməyəcəyik.
3. Pənah. İntizarda olan insan öz məsuliyyət və vəzifəsini dərk etdikdən sonra, gərək hərəkət etsin. Çünki əgər bir yerdə qalarsa, cürüyər və iylənər. Həyatın çətinlikləri ilə üzləşməlidir və bu çətinliklər hər yerdə vardır. İnsan belə olan halda gərək o kəsə pənah aparsın ki, ona ümidsizlik və təklikdən nicat versin. Belə olan halda bir Əhli-Beyt (ə) davamçısının pənah apara biləcəyi kəs - Məsumdur (ə). İnsan belə çətin anlarında İmamla (ə.f) dərdləşər və rahatlıq tapar. İmam Səccad (ə) buyurur: "Fərəcin intizarı - ən böyük genişlikdir".
4. Təvəssül. Əhli-Beyt (ə) davamçısının intizar çəkən zaman vəzifələrindən biri - İmama (ə.f) təvəssül etməkdir. Çünki, mömin yaxşı bilir ki, təvəssül - yaxınlaşmaq vasitəsidir. İnsanı məhbubuna yaxın edər. "Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın". ("Maidə" 35). Əhli-beyt (ə) yaxınlaşmaq vasitələridirlər.
5. Hazırlıq. O kəslər ki, məhbubun intizarını çəkirlər, məhbubun kiçik bir nişanəsi belə, onlarda dərin izlər qoyur. Özlərini hər an İmamla (ə.f) görüşə hazır edirlər. İmam Kazım (ə) buyurur: "Hər kim atını bizim əmrimizin intizarı üçün (hazır) saxlayar, buna görə düşmənlərimizi qəzəbləndirər - Allah ruzisinə genişlik verər, ona sinə genişliyi əta edər, onu arzularına çatdırar və istəklərinə çatmaq üçün ona yardım edər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/474834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR