Allahşükür Paşazadə: "Roma Papasının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə dair fikirlərini alqışlayırıq"

Allahşükür Paşazadə: "Roma Papasının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə dair fikirlərini alqışlayırıq"
18:17 2 Oktyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Roma Papasının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə dair fikirlərini alqışlayırıq.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bu gün Heydər məscidində Roma Papası Fransisk ilə görüşdə çıxışı zamanı deyib.

A.Paşazadə bildirib ki, nüfuzlu dini lider olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə dair səsləndirdiyiniz fikirləri həssaslıq və ehtiramla alqışlayırıq: "Azərbaycan xalqı, dövləti və onun lideri hər zaman münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həllini istəyirlər. Münaqişənin sülh yolu ilə həlli üçün dəfələrlə rus, gürcü, pravoslav kilsələri, Ümumdünya Kilsələr şurasının vasitəçiliyi ilə Ermənistanın dini lideri ilə bir araya gəlmişəm. Birlikdə bəyan etmişik ki, bu münaqişə dini qarşıdurma səciyyəsi daşımır. Sizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli yolunda səy göstərəcəyinizə ümidvarıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/475325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR