Müğənni Elnarə Xəlilova ATV-nin efirində Röyanın ünvanına hər kəsi təəccübləndirəcək fikirlər səsləndirib.
Milli.Az publika.az-a istinadən bildirir ki, müğənni həmkarının bek-vokal oxuya bilmədiyini deyib:
"Röya bek-vokal oxumağı bacarmır. Ümumiyyətlə, bu xüsusi istedad tələb edir. Biz hələ Vaqif Gərayzadənin qrupunda çalışanda, bek-vokal oxuyurduq, Röya da kənarda dayanıb bizi güldürürdü".
E.Xəlilova bir çox tanınmış xalq artistlərinin bek-vokalçısı olmasından qürurlandığını deyib.
Milli.Az