Vasif Talıbov Avstraliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Vasif Talıbov Avstraliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
04:37 4 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avstraliya İttifaqının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Martin Larsenlə görüşüb.
"Report" xəbər verir ki, qonağı salamlayan Ali Məclisin Sədri onun Naxçıvana səfərinin əhəmiyyətini qeyd edib və ölkələrimiz arasındakı münasibətlərdən danışıb. Muxtar respublikanın inkişafı sahəsində görülən işləri diqqətə çatdıran Ali Məclisin sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Avstraliya İttifaqı arasında qarşılıqlı əlaqələrin yaradılması üçün potensialın olduğunu bildirib.
Göstərilən diqqətə görə minnətdarlıq edən Ceyms Martin Larsen Naxçıvanda olmaqdan məmnunluğunu bildirib. Qonaq Avstraliya İttifaqının Azərbaycanın siyasətini dəstəklədiyini və ikitərəfli münasibətlərin inkişaf etdiyini bildirib, Naxçıvana səfərin əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/vasif-talibov-avstraliyanin-olkemizdeki-fovqelade-ve-selahiyyetli-sefiri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR