Türkiyədə Çanaqqalanın Bayramiçi mahalı Gedik kəndinin mollası A.Y. "facebook" hesabından "Xeyirli cümələr, cüməmiz mübarək olsun. Cüməyə gəlməyən kişilər bacımız" yazısını paylaşıb.
Mollanın bu paylaşımı sosial şəbəkə istifadəçilərinin kəskin reaksiyasına səbəb olub.
İmamın bu paylaşımından sonra bəzi vətəndaşlar gələn cümə namazına qədər Gedik kəndində qalmağa qərar veriblər. Vətəndaşların gəldiyi bu qərarın ardından imam sosial şəbəkə hesabından: "Bu cümə günü bütün yoldaşlarımızı Gedik Məscidinə gözləyirəm", - ifadəsini işlədib. (milli.az)