"Bank Standard"dakı əmanətlərin həcmi açıqlanıb

"Bank Standard"dakı əmanətlərin həcmi açıqlanıb
11:42 4 Oktyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bank Standard" QSC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 603 mln. manat, qorunan əmanətlərin cəmi 568 mln. manat, kompensasiya olunan əmanətləri isə 460 mln. manat təşkil edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.
 
"Bu dəyişən rəqəmdir, çünki əmanətlərin çox hissəsi xarici valyutadadır", - deyə A. Cavadov əlavə edib.

Onun sözlərinə görə, qorunan əmanətçilərin sayı 138 min nəfərdir. Bu əmanətçilərdən 50 min nəfərin kompensasiya məbləği manatdan yuxarıdır.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən, "Bank Standard" QSC-nin lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR