Hər kəs tərəfindən böyük maraqla gözlənilən "Məhəmməd - Allahın elçisi" filmi ötən il ictimaiyyətə təqdim olunmasına baxmayaraq, təəssüf ki, hələ də Azərbaycanda nümayiş olmayıb. Hətta Rusiya kinoteatrlarında göstərilməsinə baxmayaraq, ölkənin film saytlarında bu kinoya rast gəlinmir.

Milli.Az faktxeber.com-a istinadən həmin filmdən yeni fraqmentlər təqdim edir:

Qeyd edək ki, 7 ilə çəkilən və 50 milyon dollara başa gələn "Məhəmməd - Allahın elçisi" filmi İran kinomatoqrafiya tarixinin ən bahalı kinosudur.

Trilogiyanın ilk hissəsi olan 171 dəqiqəlik film Həzrət Məhəmmədin (s) hələ peyğəmbər olmamışdan əvvəl - 12 yaşınadək olan həyatı vǝ o dövrdǝ Məkkədə cǝrǝyan edǝn hadisǝlǝrdən bəhs edir. "Məhəmməd - Allahın elçisi" üzərində üçqat "Oskar" mükafatçısı, italyan-amerikalı kinooperatoru Vittorio Storaro, həmçinin "Milyonçu" filmində saundtrekin müəllifi, dünyaca məşhur hindistanlı bəstəkar Alla Rakha Rəhman işləyib. Filmin prodüsseri Mark Cozefjdir, musiqiləri isə tanınmış bəstəkar-müğənni Sami Yusif ifa edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Məhəmməd - Allahın elçisi" filminin yeni kadrları yayımlanıb - VİDEOMəhəmməd - Allahın Elçisi filminin yeni fraqmenti