Moskvanın Cümə məscidinə Məhərrəmlik ayı ilə əlaqədar toplaşan şiələrə hücum olub.
Publika.az lent.az-a istinadən xəbər verir ki, bu gün 20
radələrində Mir prospektində yerləşən Cümə məscidinə 30-dək vəhabi
təriqətinə aid şəxslər hücum edib .
Onlar qapıları sındıraraq məscidə daxil olaraq namaz qılan şiələri
döyməyə başlayıblar. Məcidin ətrafında olan 20-ə yaxın polis
hücumun qarşısını ala bilməyib.
Məscid rəhbərliyinin hücum edənlərə sakitləşmək çağırışı nəticəsiz
qalıb.
Bundan sonra hadisə yerinə 50-dək "OMON"-çu gəlib. Polis
əməkdaşları Moskva "Əhli Beyt" cəmiyyətinin rəhbəri Nizami
Baloğlanovu saxlayıb. Lakin, məsciddə toplaşan dindarların
təzyiqindən sonra o sərbəst buraxılıb.
Hazırda məsciddə gərginlik davam edir.
Hücum edənlə insident sonra hadisə yerindən uzaqlaşıblar.