Türkiyədə PKK-nı dəstəkləyən HDP erməniləşmə siyasətini
aparır.
Publika.az xəbər verir ki, son dövrlər HDP-dən
olan bələdiyyə sədrlərinin küçələrə erməni adlarını verməsi kütləvi
hal alıb.
Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri
Göksel Gülbek Diyabəkir bölgəsindəki xalqın HDP-nin bu addımına
şübhə ilə yanaşdığını deyib: “HDP bələdiyyələrin küçələrə kürdlərin
adlarının verilməsi əvəzinə, erməni adlarını verməsi bölgə xalqında
HDP-nin ermənilərə xidmət etməsi ilə bağlı suallar yaradır. MHP-nin
Kayseridən olan millət vəkili bir neçə il öncə PKK-a tərkibində
olan və kürd olduğu deyilən döyüşçülərin əslində erməni əsilli
olduğunu rəsmi sənədlərlə açıqlamışdı”.
Onun sözlərinə görə, bəzi HDP bələdiyyələrinin yerinə qəyyumlar
təyin olunsa da, bələdiyyə binasından asılan erməni dilindəki
lövhələr götürülməyib.
“Götürülənlər də yenidən asılıb. Halbuki, Türkiyədə rəsmi dil türk
dilidir və rəsmi adlarda başqa dildən istifadə yolverilməzdir.
Daxili İşlər Nazirliyi bu məsələni diqqətdə saxlamalıdır”, - deyə o
bildirib.
Asif