Keşişin qızı: "Tanrının verdiyi bədəni göstərməkdən niyə çəkinim?" - FOTO

Keşişin qızı: "Tanrının verdiyi bədəni göstərməkdən niyə çəkinim?" - FOTO
10:27 6 Oktyabr 2016
1502 Dünya
Ölkə mətbuatı
A- A+

Argentinanın Kordova şəhərində yoxsul bir məhəllədə keşiş qızı olaraq dünyaya gələn 23 yaşlı model Lusia Rubio Playboy jurnalının budəfəki siması oldu.

Milli.Az xarici KİV-ə istinadən bildirir ki, keşiş qızı Kordovada bir modellik agentliyində çalışmağa başlayandan sonra dəyişib. Xorxe Zonzininin diqqətini çəkdiyi və menecerliyini etdiyi Rubio ölkəsinin bir çox yerində və televiziya kanallarında model kimi fəaliyyətini davam etdirib.

23 yaşındakı Rubio məşhur kişi jurnalı Playboyla yanaşı, İspaniyada nəşr edilən "Interviu" jurnalının da üz qabığına çəkilib. Rubio beləcə eyni anda iki dünyaca məşhur jurnalın üz qabığında çəkilən ilk argentinalı model olub. Rubio keşiş atasına kişi jurnallarını bəzəyəcəyini necə açıqlayıb deyəcəyi haqda suala belə cavab verib: "Üz qabığına çəkilməyimlə əlaqədar ona: "Allah mənə belə bir bədən verirsə, onu göstərməkdən niyə çəkiniim?" - dedim".

Təhməz Təkin

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR