Qırğız Respublikasında "Hizbut-Təhrir" ekstremist təşkilatının üzvləri saxlanılıb

Qırğız Respublikasında "Hizbut-Təhrir" ekstremist təşkilatının üzvləri saxlanılıb
14:07 6 Oktyabr 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Qırğız Respublikasının Karakol şəhərində "Hizbut-Təhrir" ekstremist təşkilatının üzvləri saxlanılıb.
"Report" Qırğız Respublikası KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Belə ki, sentyabrın 28-də İssık-Kul vilayətinin Karakol şəhərində Dövlət Milli Təhlükəsizlik Komitəsi ilə Daxili İşlər Nazirliyi əməkdaşlarının keçiridiyi birgə antiterror əməliyyat-axtarış tədbirləri nəticəsində "Hizbut-Təhrir" təşkilatının gzli fəaliyyət göstərən özəyinin üzvləri tutulublar. Onlar vilayət mərkəzindəki əhali arasında "Xilafət" qurmağı və mövcud konstitusiyalı dövlət quruluşunu devirməyi təbliğ edirmiş.
Xəbərdə bildirilib ki, axtarış zamanı saxlanılanlardan qadağan edilmiş ədəbiyyat və "Xilafət" ideyasını təbliğ edən materiallar aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb.  

Xəbərin orijinal ünvanı: http://report.az/region/qirgiz-respublikasinda-hizbut-tehrir-ekstremist-teskilatinin-uzvleri-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR