"İstedadlıları kəşf edək, rayonumuzu tanıdaq" əl işləri sərgisi - FOTO

"İstedadlıları kəşf edək, rayonumuzu tanıdaq" əl işləri sərgisi - FOTO
15:37 6 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

"İnkişafa Doğru" Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Oğuz rayonunda həyata keçirdiyi "İstedadları kəşf edək, rayonumuzu tanıdaq" adlı layihə çərçivəsində nəzərdə tutulmuş Uşaq və yeniyetmələrin əl işlərindən ibarət hazırlanmış Kataloqun təqdimatını və əl işlərinin sərgisini keçirib.

Milli.Az a24.az-a istinadən bildirir ki, tədbir 20 sentyabr 2016-cı il tarixdə Oğuz rayon Uşaq və Yaradıcılıq Mərkəzində keçirilib. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti, Oğuz Rayon Gənclər və İdman İdarəsi, Oğuz Rayon Təhsil Şöbəsi, Oğuz rayon Bilik Evi, Uşaq və Yaradıcılıq Mərkəzi və digər idarə və təşkilatlardan nümayəndələr iştirak edib. Tədbiri giriş sözü ilə layihə koordinatoru Cavidan Həsənov aşaraq layihənin məqsədi və layihə  çərçivəsində görülmüş işlər haqqında məlumat verib. Daha sonra tədbir iştirakçılarından Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Uşaq və Yaradıcılıq Mərkəzinin direktoru Əsmayə Mikayılova və digər qonaqlar çıxış edərək ürək sözlərini bildirərək layihədə iştirak edən gənclərə gələcək fəaliyyətlərində uğurlar diləyiblər.

"İnkişafa Doğru" Sosial Araşdırmalar İctimai Birliyinin mətbuat xidmətindən A24.Az-a verilən məlumata görə layihənin əsas məqsədi Oğuz rayonunun mərkəzində və ətraf kəndlərində yaşayan aktiv, xüsusi bacarıq və istedadı olan, asudə vaxtını səmərəli təşkil etmək istəyən gənclərin aşkarlanması, onların bacarıq və qabiliyyətlərinin üzə çıxarılmasında yardımçı olmaq olub.

Layihəyə əsasən aşağıdakı yaradıcılıq növləri üzrə bacarıq və istedada malik gənclər cəlb olunmuşdur:

Dekorativ tətbiqi sənət - tikmə, milli tikmə, dekorativ kompozisiya, makrame, toxuma, xalça, bədii oyuncaq, ağac üzərində oyma, şüşə üzərində rəsm, aplikasiya, kağızdan bədii konstruksiya (oriqami), metal üzərində oyma, muncuqla işləmə;

Dizayn - biçmə-tikmə, paltarın modelləşdirilməsi, gəlincik üçün paltar, evin interyeri, məhsul nişanı;

Floristika - (nəbatat aləmi) - müxtəlif güllərdən və bitkilərdən, tumlardan, təbii məhsullardan ekibana, kompozisiya hazırlanması.





Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476713.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR