Tezliklə çoxdan gözlənilən “İnferno” və “Qatardakı qız” filmləri böyük mavi ekranlarda nümayiş olunacaq. Lakin premyeraya hazırlaşan filmlərin siyahısı bununla bitmir. Siyahıda yumoristik və açıq-saçıq filmlər azlıq təşkil edir. Onların əksəriyyəti tarix, real hadisələr, habelə ciddi romanlar əsasında çəkilmiş filmlər olacaq. Bir sözlə, 2016-2017-ci ildə bizi çox dərin düşündürəcək ekran əsərləri gözləyir.
Publika.az həmin filmləri təqdim edir:
“Katve Kraliçası”

Dünya premyerası: 23 sentyabr
Kitab: Tim Krozercanın “Katve Kraliçası” ( The Queen of Katwe)
Rejissor: Mira Nair
Baş rollarda: Lupita Nionqo, Devid Oyeloyo
Disney studiyası Tim Krozersin yazdığı “Katve Kraliçası” adlı kitabın mövzusuna sanki vurulmuşdu. Hansısa mənada kitabda yazılan real hekayə nağıla bənzəyir. Belə ki, kasıb uqandalı qızcığaz Fiona Robert adında bir missioner ilə tanış olur. Onun işi evdə uşaqlarla məşğul olmaq və onlarla şahmat oynamaq idi. Qızı bir müddət sonra Uqanda da şahmat üzrə çempion olur. Dünya üzrə yarışlarda da yaxşı nəticə qazanan qızın əsas məqsədi beynəlxalq səviyyədə qrossmeyster olmaqdı. Bütün hekayə Fionanın doğma vətəni olan Uqandanın kasıb və çirkli fonunda baş verir.
“Mis Pereqrinin qəribə uşaqlarının evi”

Dünya premyerası: 25 sentyabr
Kitab: Rensom Riqqzanın “Qəribə uşaqların evi” kitabı
Rejissor: Tim Berton
Əsas rollarda: Eva Qrin, Eysa Batterfild, Semuyel L.Djekson
Bəzi kitablar sanki Tim Bertonun sirli və möcüzəli filmlər çəkməsi üçün yaradılıb. Dünya bestselleri olan “Qəribə uşaqların evi” adlı kitab məhz bu silsilədəndir. Djeykob babasının qəribə uşaqların yaşadığı sığınacaqdan danışdığı nağıllarla böyüyüb. Həmin evin sakinlərindən biri odla oynamağı bacarır, biri gözə görünməzdi, biri isə bitkiləri bir saniyədə böyüdə bilir. Baba öləndən sonra Djeykob qəribə məktub alır və evin yerləşdiyi adaya yollanır. Orada əvvəl şəkillərdə gördüyü uşaqlarla tanış olur.
“İnkar”

Dünya premyerası: 30 sentyabr
Kitab: Debora Lipştandın “History on Trial: My Day in Court With a Holocaust Denier” kitabı
Rejissor: Mik Cekson
Baş rollarda: Reyçel Vals, Endryu Skot, Timati Spol, Tom Uilkinson
Professor Debora Lipştadt beynəlxalq elmi ictimaiyyətində Xolokostu inkar edənlər ilə arasındakı polemikalarla məşhurdur. O, bu haqda 3 kitab yazıb. Bu kitab əsnasında çəkilmiş “İnkar” filmində Debora ilə yazıçı Devid İrvinq arasındakı məhkəmə prosesindən söhbət gedir. İrvinq professoru öz şəxsi və iş nüfuzuna ləkə gətirməklə günahlandırır. Uzun illər məhkəmə prosesindən sonra hakim Lipştadtın tərəfini tutur.
“Qatardakı qız”

Dünya premyerası: 5 oktyabr
Kitab: Polı Hokinsin “Qatardakı qız” kitabı
Rejissor: Teyt Teylor
Əsas rollarda: Emili Blant, Heyli Bennett, Rebekka Ferqyuson, Lyuk Evans
Dünya bestselleri əsasında çəkilən və çoxdan gözlənilən film “Qatardakı qız” oktyabrın sonlarında artıq satışa çıxacaq. Aktrisa Emili Blant öz şəxsi problemlərində dolaşığa düşmüş Reyçeli çox gözəl oynayıb. Reyçel hər səhər elektrik qatara minərək (halbuki bu, ona lazım deyil) çox sevimli evin yanından keçir. Onun sakinləri Reyçelə ideal ailə kimi görünür. Amma bir gün həmin evdəki qadın itir və Reyçel özü də bilmədən hadisələrin içinə düşür. Ən maraqlısı isə budur ki, qadının itməsi Reyçellə bir başa əlaqəsi var.
“Fantastik heyvanlar və onların yaşadığı yer”

Dünya premyerası: 16 noyabr
Kitab: Djon Roulinqin “Fantastik heyvanlar və onların yaşadığı yer”
Rejissor: Devid Yets
Əsas rollarda: Eddi Redmeyn, Ezra Miller, Kolin Farell, Zoi Kravis
“Fantastik heyvanlar və onların yaşadığı yer” Djoana Roulinqin ssenari müəllifi olduğu filmlərdən biridir. Yazıçının özünün qeyd etdiyi kimi, bu “Harri Potter”-in nə davamı, nə də əvvəlidir. Lakin həmin möcüzəli diyara səyahətdir. Filmdə Harri Poterin Harvarda gəlməsindən 70 il qabaq dünyada baş verənlərdən danışılır.
“Orta məktəb. Həyatımın ən pis dönəmi”

Dünya premyerası: 6 oktyabr
Kitab: Djems Patterson və Krisa Tebbetsanın “Middle School: The Worst Years of My Life” kitabı
Rejissor: Stiv Kar
Əsas rollarda: Loren Qrem, Rob Riql, İzabella Moner
Djems Patterson gənclər üçün yazan və dünyanın ən çox pul qazanan yazıçılarından biridir. Həmin kitabın mövzusu ancaq komediyalı bir film tələb edirdi. Yeniyetmə Reyf oxuduğu məktəbin sisteminə qarşı çıxır. O, məktəbin direktoruna əks çıxaraq bütün qaydaları pozur. Ancaq direktor da az aşın duzu deyil. O da Reyfə cavab verir. İndi kim qalib gələcək?
“Cek Ricer 2: Heç vaxt geri qayıtma”

Dünya premyerası: 19 oktyabr
Kitab: Li Çayldın “Cek Riçer və ya heç vaxt qayıtma” kitabı
Rejissor: Edvard Svik
Baş rollarda: Tom Kruz, Kobi Smolders, Robert Nepper, Djuliya Holt
Li Çayldın həyatının əsas yaddaqalan məqamlarından biri yazdığı əsərin qəhrəmanı Djek Riçeri yaratdığı gün olub. Bu kitab milyon tirajlarla satılır, oxucular isə ondan yeni kitablar gözləyir. “Jek Ricer və ya heç vaxt geri qayıtma” təqaüdçü polisin öz doğma işinə - hərbi polisinə geri qayıtmasından söhbət gedir. İşə başladığı ilk gün elə o, 6 il əvvəl baş vermiş cinayətdə təqsirli bilinir. Özünü rahat və xoşbəxt hiss etdiyi yerə qayıtması onu xoşagəlməz hadisələrlə üz-üzə qoyur.
“Bədheybətin səsi”

Dünya premyerası: 9 sentyabr
Kitab: Patrik Nessanın “Bədheybətin səsi” kitabı
Rejissor: Huan Antonio Bayona
Əsas rollarda: Lyüs Makduqal, Siqurni Uiver, Felisiti Djons
“Bədheybətin səsi” romanında Konnor adlı uşağın qorxulu hekayəsindən və yuxularındakı bədheybətdən söhbət açılır. Konnorun problemləri olan kimi pəncərənin ağzındakı yekə ağac bir az da böyüyüb böyük əjdahaya çevrilir. Gecələr o uşağın başa düşəcəyi və özündə güc tapa biləcəyi nağıllar danışır.
"Amerika pastoralı"

Dünya premyerası: 29 sentyabr
Kitab: Filip Rotanın “Amerika Pastoralı” adlı kitabı
Rejissor: Yuen Makqreqor
Rollarda: Cebifer Konneli, Dakota Fanninq, Yuen Makqreqor
Filip Rotanın “Amerika Pastoralı” adlı kitabı Valdimir Poznerin ən sevdiyi romanlardan biridir. Əsas qəhrəman Seymur “New-Djersi gözəli” ilə evlənir, ata tərəfdən qalmış fabrikin və böyük imarətin sahibi olur. Seymur arzularının reallaşdığını düşünürdü, lakin bu çox uzun sürmədi. Onun qızı siyasi terror yolunu seçməklə ailəyə böyük zərbə vurdu.
“İnferno”

Dünya premyerası: 12 oktyabr
Kitab: Den Braunun “İnferno” adlı kitabı
Rejissor: Ron Hovard
Əsas rollarda: Tom Henks, Ben Foster, Felisiti Djons
Robert Lenqdonun sərgüzəştləri haqqında 4-cü kitabı və Robert Lenqdonun 3-cü ekranlaşdırılmış əsəri mövsümün ən çox gözlənilən premyeralarından biri idi. Romandan xatırladığımız kimi, professor italyan xəstəxanaların birində yaddaşını tam itirmiş halda gözlərini açır. Həmişəki kimi Lenqdonun bəxti qadın sarıdan gətirəcək. Sienna adlı qadın öz işinin profesionalı həm də həvəskar dedektivdir.
“Gəliş”

Dünya premyerası: 1 sentyabr
Kitab: Ted Çanın “Sənin həyatın hekayəsi” kitabı
Rejissor: Deni Vilnyev
Əsas rollarda: Emi Adams, Ceremi Ronner, Forest Uitaker
Elmi fantastika janrında Ted Çanı yeni ulduz adlandırılar. Film bu kitabdakı kiçik hekayələr əsasında çəkilib. Dünyanın yadplanetlilər ələ keçirir və insanlara onların dilində bilən yaxşı tərcüməçi lazımdır. Əsas qəhrəman yadplanetlilərlə danışdıqca onların dilini öyrənir və dünyaya gəlmə səbəblərinin sirrini açır.
“Futbol fasiləsi arasında Billi Linanın gəzintisi”

Dünya premyerası: 14 oktyabr
Kitab: Ben Fauntinanın “Futbol fasilə arasında Billi Linanın gəzintisi” adlı kitabı
Rejissor: Enqli Li
Baş rollarda: Kristen Styuart, Vin Dizel, Qarret Heldun, Stiv Martin
Kitabda Amerika hakimiyyətinin qəddar PR siyasətindən yazılır. İraqda müharibə zamanı Bill Linanın əsgərlərini kameraya çəkirlər. Beləliklə onun 19 yaşlı əsgərləri ulduza çevrilir. Bundan sonra onların iştirakı ilə ölkənin müxtəlif bölgələrinə reklam xarakterli turlar təşkil edilir. Bu turların birində isə onlar şou xarakterli çıxış etməli olurlar. Bu çıxışdan sonra yenidən müharibəyə yollanmalıdırlar...
“Gecənin altında”

Dünya premyerası: 2 sentyabr
Kitab: Ostin Raytın “Toni və Syüzen” kitabı
Rejissor: Tom Ford
Əsas rollarda: Emi Adams, Djeyk Djillenxol, Maykl Şennon, Aaron Teylor-Djonson
Ostin Rayta məşhurluq yalnız onun ölümündən və Amerika onun “Toni və Syüzen” romanını ikinci dəfə çap etdikdən sonra gəldi. Roman Tom Fordun diqqətini cəlb edir və o çox maraqlı psixoloji triller çəkmək qərarı alır. Syüzen bir gün köhnə ərindən gözlənilməz bağlama alır. Bağlamada görüşmək istədiyini yazır, lakin öncə o köhnə ərinin yazdığı romanı oxumalıdır. Syüzen hələ bilmir ki, roman onun saxladığı keçmişinə aparacaq.
“Şir”

Dünya premyerası: 24 noyabr
Kitab: Saru Brirlinin “Evə gedən uzun yol” kitabı
Rejissor: Qart Devis
Əsas rollarda: Runi Mara, Nikol Kidman, Dev Patel, Devid Yenem
Saru Brirlinin avtobioqrafık “Evə gedən uzun yol” romanında 5 yaşında özünün qatara minərək evindən kilometrlərlə uzağa, Hindistana getməsindən bəhs edilir. 25 il ögey ata-anasının yanında yaşadıqdan sonra Saru əsl ailəsini tapmaq qərarına gəlir.
“Sükut”

Dünya premyerası: 22 dekabr
Kitab: Syüsaku Endonun “Sükut” adlı kitabı
Rejissor: Martin Skorseze
Baş rollarda: Liam Nison, Endryu Qarfild, Adam Drayver, Kira Xaynds
Syüsaku Endonun kitabı real tarixi hadisələr üzərində yazılıb. Əsərin baş qəhrəmanı rahib, Yaponiyaya gələrək oradakı insanlara xristianlıq haqqında bilgi vermək istəyir. Bəs onlar yad və başqa bir mədəniyyətə sahib olan insanı necə qarşılayacaq?
Mələk Heydərova