"Metyu" qasırğası qurbanlarının sayı 260 nəfəri ötüb

"Metyu" qasırğası qurbanlarının sayı 260 nəfəri ötüb
03:42 7 Oktyabr 2016
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Metyu" qasırğası zamanı ölənlərin sayı 261 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi xəbər yayıb.
Bundan əvvəlki məlumatda ölənlərin əksəriyyətinin Haiti sakinləri olduğu vurğulanırdı. Bildirilirdi ki, burda 130-dan çox adam təbii fəlakətin qurbanı olub.
"Metyu" 2007-ci ildən sonra Atlantik okeanında ən güclü təbii fəlakət sayılır. Qasırğa Kubanın şərq sahillərinə də böyük ziyan vurub. Lakin hələlik qurbanların sayı barədə məlumat verilmir.
Kubanın hakimiyyət orqanları təbii fəlakət zonasından 1 milyondan çox insanı təxliyə ediblər.
Qeyd edək ki, dünən ümumilikdə 140 nəfərin qasırğanın qurbanı olduğu bildirilirdi.  

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/metyu-qasirgasi-qurbanlarinin-sayi-260-neferi-otub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR