Qasırğa şəhəri yerlə yeksan etdi, 283 ölü

Qasırğa  şəhəri yerlə yeksan etdi, 283 ölü
05:34 7 Oktyabr 2016
97 Digər
Ölkə mətbuatı
A- A+

Haitidə “Metyu” qasırğası 283 nəfərin ölümünə səbəb olub  

 

Bakı-APA.  Haitinin Cənub departamentində  “Metyu” qasırğası qurbanlarının sayı 283 nəfərə çatıb.    

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Radio Television Caraibes”-in məlumatında deyilir.

 

Məlumata görə, ən çox ölüm halları – 90 hadisə Şantal kommunasında qeydə alınıb, Lez Anqle kommunasında isə 85 nəfər təbii fəlakətin qurbanı olub. Qasırğa 35 minədək insanı evsiz qoyub. Axtarış-xilasetmə işləri davam etdirilir.  

 

Güclü qasırğa Jeremi şəhərini yerlə yeksan edib – yaşayış məntəqəsində tikililərin 80 faizi tamamilə uçub.   

 

“Metyu” qasırğasının səhər saatlarında ABŞ-ın Florida, daha sonra isə Corciya, Şimali və Cənubi Karolina ştatlarına çatacağı bildirilir.

 

ABŞ prezidenti artıq Şimali və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət rejimi elan edib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255826

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR