Haiti dağıldı, ABŞ qorxu içində - Qasırğanın peykdən ŞOK GÖRÜNTÜSÜ

Haiti dağıldı, ABŞ qorxu içində - Qasırğanın peykdən ŞOK GÖRÜNTÜSÜ
11:38 7 Oktyabr 2016
87 Dünya
Ölkə mətbuatı
A- A+

Atlantika okeanının şərq sahillərində baş verən “Mettyu” qasırğasının qurbanlarının sayı 340-a çatıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qurbanlarının əksəriyyəti Haiti sakinləridir.

Qərb yarımkürəsinin ən kasıb ölkəsi olan Haiti güclü dağıntılara görə oktyabrın 9-na təyin edilmiş seçkiləri təxirə salıb.

Qasırğa Kubaya da zərər vurub. Kuba hakimiyyəti təhlükəli rayonlardan milyona yaxın sakinin təcili təxliyə edildiyini açıqlayıb.

ABŞ ərazisinə doğru sürətlə irəliləyən qasırğanın Florida ştatı üçün faciəli nəticələr yaradacağı istisna edilmir. Bu barədə ştatın qubernatoru Rik Skott xəbərdarlıq edib.

Qubernator bildirib ki, qasırğa ştatın şərq sahillərinə dağıdıcı təsir göstərə bilər. Ştatda məktəblər və hava limanları bağlanıb. Bəzi yanacaqdoldurma stansiyalarında benzin qurtarıb. Florida, Corciya və Cənub Karolina ştatlarında iki milyondan çox insanın məcburi təxliyəsi haqqında sərəncamlar verilib.

Floridanın cənub regionlarında 30 mindən çox insan işıqsız qalıb.

Meteoroloqlar qasırğanın sürətinin saatda 250 kilometrə çata biləcəyini istisna etmirlər. Bu beşinci kateqoriyaya uyğundur. Hazırda qasırğa dördüncü kateqoriyaya aiddir.

ABŞ ərazisinə irəliləyən qasırğanın peykdən çəkilən görüntüləri yayılıb. Çəkilişdə qasırğanın insanın kəllə skeletinə oxşaması insanlarda təşviş yaradıb.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR