Xalq artisti: "Kişi şəxsiyyətini pula satmaz" - FOTO

Xalq artisti: "Kişi şəxsiyyətini pula satmaz" - FOTO
13:57 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Banka 97 min manat borcum var"

Xalq artisti, tanınmış tarzən Ramiz Quliyevin azvision.az-a müsahibəsi: 

- Sizinlə görüşümüz payız fəslinə təsadüf edir. Romantik payızda əhvalınız necədir?

- Yay-yaz başqa aləmdir. Payızın öz gözəlliyi var. Baxır nə üçün, kimin üçün. Payız hansı yaşda, ömrün hansı çağında gəlir, bunların öz mənası var. Ancaq insan ixtiyar vaxtında çalışır ki, qışı adlayıb, birdən-birə yaza keçsin. Ümumi götürəndə mən bütün fəsillərdə özümü yaxşı hiss edirəm. Tar sinəmdədirsə, kefim əla, halım yaxşı olur.

- Ağdamın payızını xatırlayırsınızmı? 

- Hər yerdə Ağdamın havasını uduram. Qarabağa həsrətlə baxıram. Ağdama qayıtmaq həsrətilə yaşayıram. İnanıram, ömrümün daha bir payızını Ağdamda keçirəcəyəm.

-Səhv etmirəmsə, sizə ilk tarı 5 yaşınızda əminiz alıb. O zaman siz balaca, tar böyük idi. İllər keçdi, siz yaşa doldunuz, sizinlə bərabər tar da böyüdü, məşhurlaşdı.

-Bir də gözümü açıb gördüm ki, tar mənimlə güləşir. Artıq elə bir məqam gəlib çatdı ki, tarla dialoq qurmağa məcbur oldum. Hiss etdim ki, mən tardan bir az yaşca böyümüşəm. Yaşa dolduqca tara məhəbbətim artdı. Düşünürdük ki, biz bir-birimizi bağrımıza basmaqla yanaşı, güləşib məhv edə bilərik. Elə etdik ki, nə tar mənim yanımda, nə də mən tarın yanında xəcalətli oldum. 

-Başqa musiqi alətlərində ifa etməyi bacarırsınız?

- Səsləri bilmək, musiqini öyrənmək üçün piano ilə başlayırıq. Alətlərin içərisində ən çətini, ən dəyərlisi səs tembri, texniki-bədii imkanlarına görə tar şahanə bir musiqi alətdir. Tarda ifa etməyi bacaran adam bütün alətləri ifa edə bilər.

- İstərdik, ilk dəfə konservatoriyaya qədəm qoymanız, buranın rektoru, dahi bəstəkar Cövdət Hacıyevlə görüşünüzdən danışasınız.

-1964-cü ildə Ağdamdan Bakıya imtahan verməyə gəlmişdim. Təxminən iyun, iyul ayları idi. Bakıya artıq ikinci dəfə idi gəlirdim. 17 yaşım var idi. Kənddən gələn uşaq idim. Şəhərdə tramvayların səsi, şəhər ab-havası mənə çox qəribə, maraqlı gəlirdi. Ancaq konservatoriyanı görməmişdim. "5 mərtəbə"də düşdüm. Əlimdə tar və balaca çantam var idi. Bir yaşlı kişiyə yaxınlaşıb ondan soruşdum ki, konservatoriya harada yerləşir, necə getməliyəm? Mənə dedi ki, o hansı binadır, necə binadır? Dedim, qarşısında heykəl var. Dedi, otur tramvaya, filan yerdə düşərsən. Tramvaydan dediyi yerdə düşəndə baxıb gördüm ki, ünvanı səhv salmışam.

Onun dediyi yer Cəfər Cabbarlının heykəli idi. Birtəhər Konservatoriyanı tapdım. Üzeyir bəyin, möhtəşəm bir şəxsiyyətin heykəlini gördüm. Ən gözəl, qiymətli anlardan bir idi. 

Tarımı və çantamı götürüb pilləkənlə yuxarı qalxdım. Baxdım ki, dəhlizdə heç kim yoxdur. İkinci mərtəbəyə çıxdım. İkinci mərtəbədə də heç kimi tapa bilmədim. Ora-bura baxdım. Birdən bəstəboy, uzun saçlı 50-55 yaşlı bir adam mənə baxıb, dedi, sən burada nə edirsən? Kimsən sən? Özümü təqdim elədim. Mənə sual verdi ki, Çaykovski kimdir? Belə baxdım, bu kişi kimdir ki, məni sual-cavab edir. Ancaq ədəb qaydası ilə dedim ki, bəstəkardır. Əsərlərinin adını çəkdim. Soruşdu ki, Qlazunov kimdir? Rus bəstəkarı olduğunu bildirdim. Əsərlərinin adını soruşdu. Fikirləşəndə qayıtdı ki, get, güclü hazırlaş. 

Konservatoriyadan çıxıb kefsiz-kefsiz kirayə qaldığım evə çatdım. Tarı çıxardıb özüm üçün segah ifa elədim. Bu vaxt qonşuluqda yaşayan, ətrafda olan 4-5 nəfər mənə yaxınlaşdı. Hamısı əl çaldı. Dedim, mən nə hayda, siz nə hayda. Başıma gələn əhvalatı onlara danışdım. Qulaq asanlardan biri qayıtdı ki, "ala, fikri eləmə, Qlazunovu özümüz tapıb başa salarıq ki, belə etməzlər". 

Xeyli güldüm. Sonra dedim, rəhmətliyin oğlu, Qlazunov iki əsr əvvəl ölüb.

-O dövrdə tanınmışlardan kimlərlə yaddaqalan görüşləriniz olub?

-Mənim xoşbəxtliyim ondadır ki, gözümü açandan dahilər görmüşəm: Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Səid Rüstəmov, Süleyman Rüstəmov, Tofiq Quliyev, Rauf Hacıyev. Onlarla gözəl münasibətimiz olub.

-Ramiz müəllim, sənətkarlar olur ki, efirdə görürük, ifalarına qulaq asırıq. Həmin insanlara vurğun oluruq. Ancaq şəxsiyyətə gələndə isə bəzən xəyal qırıqlığı yaşayırıq. Bəs siz adlarını çəkdiyiniz o insanlar necə idilər? Mənə elə gəlir ki, o zamanlar ziyalılıq, alicənablıq daha üstün idi.

- Düz deyirsiniz, sizinlə tam razıyam. Bu çox problemli bir məsələdir. Təhsil, elm insan üçün hava və su kimi lazımdır. Biz təhsil almasaydıq, bu gün müqəddəs ocaqda ola bilməzdik. Tərbiyə almasaydıq, ədəb-ərkanı gözləməzdik. Dövr-zaman elə oldu ki, biznes qabağa keçdi, ona xatir insanlar maddiyata meyilləndilər. Musiqiçilərin əksəriyyəti toya geməyə məcbur oldular.

Bəzən ürəyim ağrıyır. Tarı, kamançanı götürüb pilləkənin üstündə ona-buna çalırlar. Bütün bunlar mənəviyyata, mədəniyyətə ziyan vuran amillərdir. İnsanlar banklardan yüksək səviyyədə gəlir əldə etməyə, bazarlardan oğurluq etməyə başladılar. Bax, bundan sonra elm də, təhsil də ikinci plana keçdi. 

İndi maddiyyat öndədir, nəinki mənəviyyat. Pul həmişə vacib amildir, amma ehtiyac olan qədər. O insanlar ona görə dahi idilər ki, varlıqlarını, şəxsiyyətlərini qoruyub çirkin əməllərə getməmişdilər. Ümumiyyətlə, kişi şəxsiyyətini pula satmaz.

- Bəzən ən qəddar, ən zalım insan belə şair nəcibliyi ilə şeir yazır. Fikrinizcə, pis insan yaxşı sənətkar ola bilərmi? 

-Sənət adamı heç vaxt qəddar ola bilməz. Deməli, onun sənəti, şəxsiyyəti zəif olub. Mənə göstərin ki, hansı böyük sənətkar qəddar olub. Nadir hallarda belə şeylər olub.

-Sizdə fədakar ata obrazı var. Bildiyimə görə, oğlunuz Əyyub Quliyevin xaricdə musiqi təhsili alması üçün 4 ədəd qiymətli tarınızı satmısınız...

-Bəli , tarlarımı satıb, oğluma təhsil verdim. Heç kimə baş əymədim. Oğlum Avstriya, Vyana kimi yerdə təhsil aldı. Bizim ailəmiz elm, sənət ailəsidir. Evimizdə böyük bir masa var. Bir tərəfdə oğlanlarım, digər tərəfdə nəvələr, gəlinlər yığışıb çalışırlar. Uşaq vaxtından atam mənə tərbiyə verdiyi kimi, mən də övladlarıma tərbiyə verirəm. Azərbaycan dirijorluq tarixində Niyazidən üzü bəri oğlum Əyyubdan başqa heç kim aspirant təhsili almayıb. Onun beynəlxalq müsabiqələrdə, festivallarda tutduğu yerlərə görə tarları satmağa dəyərdi.

Fərhad Bədəlbəyli xaricdən mənə zəng edib, dedi ki, "Ramiz, bilirsən, bu böyük qələbədir". Onun fitri istedadı var. Bu istedad üçün mən nə desən, edərdim.

Hərdən deyirəm ki, oğul, fəxri ad almadığın üçün həvəsdən düşmə. Deyir, ata, mənim fəxri adım mənim sənətimdir. Digər oğlum Emin isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında və Konstitusiya məhkəməsində işləyir. 

-Eşitdiyimə görə, məmurlardan biri sənətinizin vurğunudur. Hətta bir neçə dəfə sizə maddi dəstək verib. 

-Bəli, olub. Siz dediyiniz adam oğlum Əyyubun da, mənim də xaricə gedərkən biletlərimizin xərcini ödəyib, qonorarımızı verib. Elə adamlar çox azdır. Elə nazir var ki, hünəri, şəxsiyyəti ilə böyük insandır.

-Müsahibələrinizin birində banka külli miqdarda borcunuzun olduğunu demişdiniz.

- Adam çətinə düşə bilər. Maddi baxımdan çətinlik olanda Beynəlxalq banka üz tutmuşuq. Oğlumun evi yox idi. Kredit pul götürüb ona ev almışıq. Hal-hazırda banka 97 min manat borcum var. Aylıq 1000 manat prezident təqaüdü alıram. Bunun üstünə həyat yoldaşımın və özümün maaşını da qoyub 2571 manat kredit ödəyirəm. Şükür Allaha, kiməsə möhtac deyilik, pensiyamızla dolanırıq. 

Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Millimizin forvardı dubl etdi

21 Sentyabr 2017 07:27

Kamran oynadı, komandası 1/8 finala çıxdı

21 Sentyabr 2017 07:23

Tramp İranla bağlı qərarını gizli saxlayır

21 Sentyabr 2017 07:04

ABŞ-nın xüsusi prokuroru Ağ Evdən Trampın fəaliyyəti ilə bağlı sənədlər istəyib

21 Sentyabr 2017 06:58

Abşeron rayonunda orta yaşlı kişi bıçaqlanıb

21 Sentyabr 2017 06:57

Cənubi Koreya KXDR-ə əl uzatdı

21 Sentyabr 2017 06:44

Rusiyada zəlzələ olub

21 Sentyabr 2017 06:37

FED ABŞ iqtisadiyyatında artım proqnozunu yüksəldib

21 Sentyabr 2017 06:28

Sabah paytaxtda 35, bəzi bölgələrdə 37 dərəcə isti olacaq

21 Sentyabr 2017 06:03

Bakıda ahıl kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

21 Sentyabr 2017 05:57

Altsheymer xəstələrinin çoxalması uzunömürlüyün artması ilə əlaqədardır

21 Sentyabr 2017 05:33

Tillerson: "İran Yaxın Şərqdə sabitliyə təhdid törədir"

21 Sentyabr 2017 05:27

Londondakı terrora görə daha bir nəfər tutuldu

21 Sentyabr 2017 05:24

Məhəmməd İngiltərədə oğlanlara verilən ən məşhur adlardan biridir

21 Sentyabr 2017 05:12

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 04:58

Kamran oynadı, komandası 1/8 finala çıxdı

21 Sentyabr 2017 04:34

İndoneziyada 5,7 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 04:32

Zidan "Real"la yeni müqavilə imzaladığını açıqladı

21 Sentyabr 2017 04:28

Tayvanda atışma olub: ölən və yaralananlar var

21 Sentyabr 2017 04:12

Uşağa dərs oxutmağın effektli üsulları - VALİDEYNLƏRƏ QIZIL MƏSLƏHƏTLƏR

21 Sentyabr 2017 04:03

Poroşenko Ərdoğanla görüşdü

21 Sentyabr 2017 03:39

Kanadalı alimlər işığı əks etdirməyən NƏHƏNG PLANET aşkarladılar - FOTOLAR

21 Sentyabr 2017 03:28

Meksikada baş vermiş zəlzələ qurbanlarının sayı 230-a çatıb

21 Sentyabr 2017 03:12

İlin sonunadək daha 3 “HTC” smartfonu buraxılacaq

21 Sentyabr 2017 03:03

Ərdoğanla Poroşenko Nyu-Yorkda görüşüb

21 Sentyabr 2017 02:47

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 02:44

Dünyagörüşünüzü dəyişəcək 12 qəribə xəritə

21 Sentyabr 2017 02:33

ABŞ-nın xüsusi prokuroru Ağ Evdən Trampın fəaliyyəti ilə bağlı sənədlər istəyib

21 Sentyabr 2017 02:27

Bakı metropolitenində “Wi-Fi” olacaq

21 Sentyabr 2017 02:18

Bu il istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri 4 milyon manatdan çox olub

21 Sentyabr 2017 02:03

"Mariya" qasırğası ikinci dərəcəli fırtınaya qədər zəifləyib

21 Sentyabr 2017 02:02

Odessanın vitse-meri uşaq düşərgəsindəki yanğına görə vəzifəsindən istefa verib

21 Sentyabr 2017 01:52

8 mindən çox insan köməksiz qalıb -

21 Sentyabr 2017 01:51

ADA Universiteti Nazirliklə əməkdaşlıq edəcək

21 Sentyabr 2017 01:43

"Marca" -

21 Sentyabr 2017 01:30

Elektrik enerjisinə görə ödənişlərlə bağlı - YENİLİK

21 Sentyabr 2017 01:23

ABŞ-dan PYD-yə növbəti dəstək

21 Sentyabr 2017 01:12

Yaponiya sahillərində güclü zəlzələ

21 Sentyabr 2017 01:04

Sakit okeanda, Vanuatu sahillərində 6,5 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 01:02

Meksikada 3 günlük matəm elan edilib

21 Sentyabr 2017 00:58

Misirdə binanın çökməsi nəticəsində tələfat artdı -

21 Sentyabr 2017 00:55

Bermud üçbucağında yeni ada peyda oldu - Alimlər heyrət içindədir

21 Sentyabr 2017 00:43

Prezident İlham Əliyev: "Ermənistan qondarma xəritələr icad edərək Dağlıq Qarabağı oraya daxil edir"

21 Sentyabr 2017 00:37

Xızıda 312 ədəd partlamamış hərbi sursat aşkarlanıb

21 Sentyabr 2017 00:37

Mikroavtobus divara çırpıldı - 19 yaralı

21 Sentyabr 2017 00:34

İspaniya polisi Kataloniya muxtar vilayətinin binalarına -

21 Sentyabr 2017 00:33

Aparıcı Zaur müğənni Damlanın cüzdanından 3500 manat çıxardı... - FOTO

21 Sentyabr 2017 00:23

ABŞ-da məktəbdə atışma olub, xəsarət alan var

21 Sentyabr 2017 00:22

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 00:15

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13