Fransa-Azərbaycan Universiteti ADNSU-nun 3-cü tədris korpusuna köçürüləcək

Fransa-Azərbaycan Universiteti ADNSU-nun 3-cü tədris korpusuna köçürüləcək
15:27 7 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Növbəti tədris ilində Fransa-Azərbaycan Universiteti (UFAZ) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 3-cü tədris korpusuna köçürüləcək.
“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ADNSU-nun rektoru Mustafa Babanlı deyib. 
Eyni zamanda UFAZ-a rəhbərlik edən M.Babanlı bildirib ki, ADNSU-nun Nizami 183 ünvanında yerləşən üçüncü korpusu həmin universitet üçün ayrılıb: “Hazırda binanın təmiri Təhsil Nazirliyinin ümumi nəzarəti altında dövlət səviyyəsində həyata keçirilir. Növbəti tədris ili üçün binanın istifadəyə verilməsi nəzərdə tutulub”.
O əlavə edib ki, UFAZ-ın ADNSU-nun əsas korpusundakı indiki binasında isə I kursa qəbul edilən ingilis dili üzrə 320 tələbə təhsilini davam etdirəcək: "Yəni, ADNSU-nun ingilis dili bloku həmin korpusa yerləşdiriləcək".

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/fransa-azerbaycan-universiteti-adnsu-nun-3-cu-tedris-korpusuna-kocurulecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR