Sevdiyi qızın atası azərbaycanlı MÜĞƏNNİNİ DÖYDÜ və... – FOTO/VİDEO

Sevdiyi qızın atası azərbaycanlı MÜĞƏNNİNİ DÖYDÜ və... – FOTO/VİDEO
16:38 7 Oktyabr 2016
83 Digər
Ölkə mətbuatı
A- A+

Ulubaşın zirvəsi qar.

Əl uzatsan, əlmi çatar?!

Durna ötər qatar-qatar.

Baxan deyər bir də baxım.

Nə gözəldir mənim Qaxım!

Vallah kim nə deyir-desin, elə gözəl təbiəti olan Qaxda adam şair olar. Azərbaycanın ən qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biri olan Qaxın gəzməli-görməli yerləri, göz oxşayan təbiəti insana gəl-gəl deyir. Hələ mətbəxini demiərm. Sürhüllü, xingili, qırs kimi ləziz təamları yalnız bu bölgədə dadamaq olar..

Beləliklə, Publika.az-ın “Haralısan” layihəsinin budəfəki yazısında Qaxdan bəhs edəcəyik, danışanlar isə qaxlılar olacaq.

Qax rayonunun daha bir özəlliyi müalicəvi suları ilə də zəngin olmasıdır. İlisu və Sarıbaş kəndləri yaxınlığındakı və Hamam çayı boyunca yerdən qaynayaraq çıxan bulaqlar var. Bu bulaqlar qədimdən xalq təbabətində bəzi xəstəliklərin qarşısını almaq üçün istifadə edilib. Qax bulaqları, şəlalələri ilə də məşhurdur. Ballı bulaq, Səngərbulaq, Hamambulaq, Qaşqaçay kəndindəki Gövrüc bulaq, Beşbulaq, İlisu kəndindəki Ramramay, Ləkit kəndində öz unikallığı ilə seçilən Mamırlı şəlaləsi Qaxın ən gözəl məkanlarındandır.

Qaxın qədim tarixə malik abidələrini sadalamasaq, olmaz: Gürmük kilsəsi və ya “Aya sitayiş” məbədi, Hacı Tapdıq və Şeyx Yunis Əmrə məqbərəsi, Şeyx Mahmud Əfəndinin evi, Ulu Məscid Qaxın tarixi keçmişindən bir yadigardır.

Bilməyənlər bilsin ki, Nizami Gəncəvi Qaxın Qum kəndində doğulub. Yunis Əmrə, Hacı Murad, Daniel Sultanın bütün qohumlarının məzarı Qaxdadır. Öldürülmüş ilk xristian missioneri Yelisey Qum məbədində dəfn olunub. Qaxın Kümrük məbədinə nəinki azərbaycanlılar, gürcü və digər millətlər də ziyarətə gəlir. Qaxdakı Kürmük çayı üzərindəki tarixi abidə olan Ulu körpü var ki, deyilənə görə, İlisu Sultanının bütün xəzinəsi orada basdırılıb, nə qədər axtarılsa da, hələ tapılmayıb. Atillanın 6 nəvəsinin məzarı Qaxın Ləkid kəndindəki “Yeddi kilsə” məbədindədir

Qax hər zaman məşhurları ilə öyünüb.

Danyal Sultan, İlusu sultanı, Şamil hərəkatının iştirakçısı. Çar Rusiyasının general-mayoru.

Müslüm Moqamayev, bəstəkar, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim.

Moisey Canaşvili, tarixci-etnoqraf, tarix, etnoqrafiya və linqvistikaya dair coxsaylı elmi-populyar tədqiqatların müəllifi.

Pyotr Babayev, Azərbaycan əsilli rus inqilabçısı.

Hətəm Əhmədov, Azərbaycan SSR Dövlət xadimi, Ticarət naziri

İmam Mustafayev, bioloq alim, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, 1954-1959-cu illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi.

İsmayıl Dağıstanlı, Xalq artisti, aktyor.

Gəray Fəzli, şair, nasir, publisisti, radio-telejurnalist.

“Qaxda qardaş- qardaşa kömək eləməz”

İntiqam Kərimov, müğənni:

- Qax camaatı olduqca savadlıdır. Qax kimi ikinci bir savadlı rayon yoxdur. Hələ 1975-ci ildə Kommunist qəzetində bir məqalə dərc olunmuşdu, yazılırdı ki, nəinki Azərbaycanda, dünyada Qax kimi savadlı rayon yoxdur. Hələ 1975-ciildə Qaxda 132 alim yetişmişdi. Qaxlıların bir xüsusiyyəti var. Qaxda qardaş-qardaşa kömək eləməz. Deyər ki, get, özün öz bacarığınla yaşa. Havası, suyu təmiz olduğu üçün düşünürəm ki, qaxlılar bu dərəcədə savadlı olur. Atam rəhmətlik deyərdi ki, dağa çıxdıqca insan yüksəlir, Allaha yaxınlaşır. Mən hələ sovet vaxtı 40 qəpik verib çay alanda iki qəpiyi qaytarırdılar. Deyəndə ki, lazım deyil, satıcı deyirdi, sənin pulun mənə də lazım deyil. Deməyim budur ki, qaxlılar çox dürüst insanlardır. Ağa-ağ, qaraya qara deyərlər. O vaxt sanki biz Almaniyada yaşayırdıq, orada o qədər düzlük, dəqiqlik olub. İndi heç, 5 manatı olan adam pul verib alimlik dərəcəsi alır. Mən Qaxın əvvəlki vaxtlarından, əvvəlki inanlarından danışıram.

“Qaxın kişilərinə quru bəy deyirlər”

Şəbnəm Turan aparıcı:

- Qaxın kişilərinə quru bəy deyirlər. Savadlıdırlar, amma işlək, zəhmətkeş deyillər. Onlar tarlaya, əkin sahələrinə də qalstukda, kostyumda gedərlər. Buna görə də mən ailə quranda seçimimi Qaxdan eləmədim. Yoldaşım deyir ki, qaxlıları ağ yuyub, qara sərdin. Hamısı üstümə gələcək, qoy gəlsinlər, olanı deyirəm. Həyat yoldaşım humanitar sahədə çalışır. O, mənə danışır ki, o vaxt sizin bölgəyə gedərdik, qaxlı oğlanlar iməciliyə əllərində kitab, papka ilə gəlirdilər. Çünki işləməyi sevmirdilər. Qızları isə savadlı olur, hətta anamın nənəsi də oxumuş qadındır. Qaxda hər kəsin evində kitab rəfi olur. İndi bilmirəm, deyəsən, hər şey dəyişib. Digər bölgələrdən fərqli olaraq, qaxlılar bir-birlərini “tutan” olmurlar.

“Gəlinlik güzgüm sındı, lampamın şüşəsi qırıldı, üzüyümün…”

Vüsalə Kərimova, aparıcı:

- Qax camaatını başqa bölgələrdən fərqləndirən xüsusiyyətlər var. Mən doğulduğum Almalı kəndində görmüşəm ki, bizə gələn qonağa bütün kənd “xoş gəlmisən” deyir. Sanki o bir ailənin deyil, bütün kəndin qonağıdır, onu belə qarşılayırlar. Başqa bölgələrdə bu xüsusiyyət yoxdur. Bizim yerin camaatı hələ sovetin vaxtından müasirliyi ilə seçilib. Bakıda qızlar şalvar geyinmədiyi vaxtlarda, mən kənddə şalvar geyinib gəzirdim. Söhbət 1994-cü ildən gedir, orta məktəbi bitirdiyim vaxtlardan. Qaxlılar müasir, dünyagörüşü geniş insanlardır. Əla mətbəx mədəniyyətimiz var, bizdə bişirilən lobyalı plov heç yerdə bişirilmir. “Qaragöz lobya”nı qovrulmuş soğan və qozla qarışdırıb, düyünün altına düzürlər. Bir plov olur ki, beş barmağının beşini də yala. Sürhüllü yeməyi var ki, ancaq biz qaxlılara məxsusdur. Bakıdan və başqa rayonlardan Qaxa məhz Sürhüllü yemək üçün gələnlər var. Toy adət-ənənələrimiz də fərqlidir. Qaxda üç gün toy edərlər. Bir gün qız toyu, ikinci gün oğlanın gecə toyu, üçüncü gün oğlanın qonaqlıq toyu. Gecə toyuna dəvətnamə olmur, istəyən gəlir, oynayır, deyir-gülür, əylənir, gedir. Oğlan qonaqlığında dəvətnamə ilə gələnlər yeyib-içir. Biz tərəflərdə xınayaxdı mərasimi məxsusi keçirilir. Elə bil toydur.

Qaxla bağlı kədərli xatirələrim də var, deyim. Mənim xınayaxdım olmayıb. Oğlan evinin adamları Naxçıvandan gəlmişdi, toyda o qədər deyib-gülüblər, xınayaxdı yaddan çıxıb. Toydan sonra iki gəlinlik güzgüm sındı, lampamın şüşəsi qırıldı, üzüyümün də qaşı düşdü.

“Sevdiyim qızların indi mən boyda oğlanları var”

Vüqar Muradov, müğənni:

- Qoy, mən sənə qaxlıların xarakterik xüsusiyyətlərini sadalayım. Qaxlılar dürüst, həddən artıq səmimi, saf olurlar, bu da onlara çox vaxt başağrısı gətirir. Onlarda yalandan kiminsə üzünə gülmək, “xa-xa-xa”, “hi-hi-hi” yoxdur. Bizlərə buna görə “quru bəylər” deyirlər. Başımı kəs, xeyri yoxdur, sözü düz üzə şapalaq kimi vuracam. Buna görə biz qaxlıları təkəbbürlü, yekəxana kimi qələmə verirlər. Amma əlində tam fərqliyik. Bizlərdə yalan danışan adamı barmaqla göstərib, ona pis adam kimi baxarlar. Biz yola verməyi bacarmırıq. Buna görə də çox adamın məndən zəhləsi gedir.

Qaxla bağlı xatirələrim ən çox uşaqlığımla bağlıdır. 11 yaşım olanda məktəb yoldaşım olan bir qızı sevirdim. Hər gün qızın dalına düşürdüm. Anası xəbər göndərdi ki, qızımdan əl çəkməsən, səni döydürəcəm. Doğrudan da bir gün atası məni tutub qulaqburması verdi. Yenə də əl çəkmədim, axırda özüm bezdim və başqa qızı sevməyə başladım. İndi o qızlar çoxdan ərə gediblər. Bu yaxınlarda gördüm bir oğlan mənə deyir ki, Vüqu əmi, anam sənnən bir sinifdə oxuyub. Dedim, necə, əmi? Sevdiyim qızların indi mən boyda oğlanları var.

“Məktəbi qurtaran kimi ərə gedən qızlara…”

Şəlalə Maksudova, modelyer-dizayner:

- Biz qaxlılar kommunizm ruhunda böyümüşük. Bəzi bölgələrdən fərqli olaraq Qaxın qızlarını məktəbi qurtaran kimi ərə vermirlər. Məktəbi qurtaran kimi ərə gedən qızlara pis baxıblar. Qaxlı qızlar birinci savad alır, sonra ərə gedir. Qax camaatı saf, səmimi, eyni zamanda qürurlu olurlar. Amma quyruqlarını basanda, aman-aman üzlərini görmə. Qaxlı inadkar, dediyini edəndir. Qarşısına məqsəd qoydusa, mütləq ona çatacaq yarımçıq geri dönmək onlarda yoxdur. Bizim yerin camaatı dindar olur. Onların haqqına girsən, bunu sənə bağışlamazlar. Mütləq sənə üsyan edərlər. Bir də tərs oluruq, dediyimizdən dönmürük. Bizim yerin adətidir, evə qonaq gələndə mütləq ona Sürhüllü verərlər. Xoşlasa da, xoşlamasa da. Daha soruşmurlar bu yeməyi yeyirsən, ya yox, birbaşa süfrəyə gətirirlər. Bizdə qarışıq millətlər çoxdur. Amma bir-birləri ilə çox mehriban yola gedirlər. Qız alıb, qız veriblər, adət-ənənələri də yaşadırlar.

… Qaxın təbiəti o qədər əsrarəngizdir ki, aşıqlar demişkən, onu dillə tərif etsək,dilimiz yanar. O gözəlliyi vəsf eləmək üçün gərək o təbiətlə qarşı-qarşıya dayanasan. Bulağından su içəsən, meşəsində dincələsən, şəlaləsinə tamaşa edib, bir oxxay deyəsən… Mənim də o yerlərə yolum düşüb, İlusuda cənnət görüb gəlmişəm. Amma vaxt azlığından insanları ilə yaxından ünsiyyətim olmayıb. Tanıdıqlarımdan bilirəm ki, qaxlılar qonaq-qara sevən olur. Tərslikləri də var, amma ayaqlarını tapdalamasan, sənə canlarını da qurban eləyərlər.

Cəvahir Səlimqızı


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/yolchu/171336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR