“Metyu“ qasırğasının qurbanlarının sayı 877-yə çatdı

“Metyu“ qasırğasının qurbanlarının sayı 877-yə çatdı
06:49 8 Oktyabr 2016
60 Digər
Ölkə mətbuatı
A- A+

Haiti adasında “Metyu” qasırğasının qurbanlarının sayı 877 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə xəbəri “Reuters” agentliyi yayıb.

 

Son dəfə ölənlərin sayının 842 nəfər olduğu açıqlanmışdı.

 

“Metyu” qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır.  Qasırğa ABŞ-ın Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarına yaxınlaşır. Artıq ABŞ prezidenti Florida, Cənubi Karolinada və Corciya ştatlarında fövqəladə vəziyyət elan edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR