Canlı yayımda qasırğa biabırçılığı: "Hamınız öləcəksiniz!" - VİDEO - FOTO

Canlı yayımda qasırğa biabırçılığı: "Hamınız öləcəksiniz!" - VİDEO - FOTO
10:22 8 Oktyabr 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Karib hövzəsində formalaşmış "Mettyu" qasırğası ABŞ-ın şərq saşillərini vurub. Florida ştatında 1 milyondan artıq insan işıqsız qalıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, təbii fəlakətin fəsadları daha çox ştatın şərq sahillərində, əsasən də Volusi və Fleqler bölgələrində hiss olunur. İndian River və Brevard bölgələrində minlərlə evə ziyan dəyib.

Florida ştatının mərkəzi hissəsində isə 100 min insan elektroenerjidən məhrum olub.

"Mettyu" 2007-ci ildən bəri Atlantik okeanında yaranmış ən güclü qasırğadır.

ABŞ prezidenti Barak Obamanın göstərişi ilə Corciya, Florida və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət elan edilib.

"Mettyu" qasırğası Haitidə 882 nəfərin ölümünə səbəb olub.

Bu arada Fox News telekanalının aparıcısı Şepard Spitin canlı yayımdakı açıqlaması birmənalı qarşılanmayıb: "Siz və tanıdığınız hər kəs "Mettyu"nun yolu üzərində olsanız, öləcəksiniz. Hər biriniz. Çünki sağ qurtula bilməyəcəksiniz. Bu, mümkün deyil. Bir şərtlə ki, həddən ziyadə bəxtəvər olasınız. Uşaqlarınız da öləcək".

Milli.Az





















































































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR