Haitidə üç günlük matəm elan edilib

Haitidə üç günlük matəm elan edilib
03:13 10 Oktyabr 2016
48 Dünya
Ölkə mətbuatı
A- A+

Haitidə “Mettyu” qasırğası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar oktyabrın 9-dan etibarən ölkədə üç günlük matəm elan olunub.

Ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Joselerm Priver bununla bağlı fərman imzalayıb.

Ötən həftənin əvvəlində sürəti saatda 230 kilometrə çatan qasırğa ölkədə genişmiqyaslı dağıntılar törətməklə yanaşı, həm də 336 nəfərin həyatına son qoyub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR