AŞPA prezidenti: "Ukrayna, Moldova, Gürcüstan və Azərbaycanda həll olunmamış münaqişələrin mövcudluğu yolverilməzdir"

AŞPA prezidenti: "Ukrayna, Moldova, Gürcüstan və Azərbaycanda həll olunmamış münaqişələrin mövcudluğu yolverilməzdir"
14:17 10 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Bütün ölkələrin ərazi bütövlüyünü təmin etmək və güc tətbiq etməmək prinsipini dəstəkləmək, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinin qarşısını almaq lazımdır".
"Report" xəbər verir ki, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Strasburqda Assambleyanın plenar iclasının açılışında deyib.
AŞPA prezidenti bildirib ki, Ukrayna, Moldova, Gürcüstan və Azərbaycanda həll olunmamış münaqişələrin mövcudluğu yolverilməzdir: "Avropalı olaraq biz bu məsələləri diplomatiya yolu ilə həll etməliyik."
O, beynəlxalq hüququn prinsip və qaydaların müdafiə olunmasına dair çağırış edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR