Bakıda "London taksisi" qəza törədib - FOTO

Bakıda "London taksisi" qəza törədib - FOTO
18:42 10 Oktyabr 2016
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda "London taksisi" qəza törədib.

Milli.Az bildirir ki, report-un xəbərinə görə, yol-nəqliyyat hadisəsi paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Hənifə Ələsgərov küçəsində "Opel" markalı avtomobillə "London taksi" xidmətinə məxsus avtomobil toqquşub. Xəsarət alan olmayıb. "Opel" markalı avtomobil deformasiyaya uğrayıb.

Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. İlkin ehtimala görə, qəzaya səbəb "London Taksi" xidmətinə məxsus avtomobilin sürücüsünün səhvi olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/478112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR