“Metyu” 100 mindən çox uşağı məktəbsiz qoyub

“Metyu” 100 mindən çox uşağı məktəbsiz qoyub
08:22 11 Oktyabr 2016
21 Dünya
Ölkə mətbuatı
A- A+

"Metyu" qasırğasının tüğyan etdiyi Haitidə 100 mindən çox uşaq məktəbsiz qalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) açıqlama verib. Açıqlamada ən azı 300 məktəbin qismən və ya tamamilə zərər gördüyü, bir çox məktəbin isə ailələr üçün sığınacaqlara verildiyi qeyd edilib.

BMT-nin Humanitar Yardım Koordinasiya Ofisi isə qasırğa səbəbi ilə Haitidə ən azı 900 adamın həyatını itirdiyini və 11 milyonluq əhalinin yarısının qasırğadan ziyan çəkdiyini bildirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR