Miri Yusifin paylaşdığı foto sosial şəbəkəni ayağa qaldırdı - FOTO

Miri Yusifin paylaşdığı foto sosial şəbəkəni ayağa qaldırdı -  FOTO
09:48 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Reper Miri Yusif həyat yoldaşına olan sevgisini izhar edib.

Publika.az xəbər verir ki, reper istirahət məkanlarının birində ailəsi ilə çəkdirdiyi fotonu paylaşıb və təəssuratını belə ifadə edib:

“Kim deyirsə, sevginin üç il ömrü var, inanmayın”.

Repererin sözləri sosial şəbəkə izləyicilərini təsirləndirib, hər kəs onu dəstəkləyərək sevginin müddətsiz olduğunu yazıb.

Qeyd edək ki, hər zaman ailəsinə xüsusi vaxt ayıran sənətçinin həyat yoldaşı Nərgiz adlı xanımdır. Onun Mir Hüseyn adlı oğlu və Adel adlı qızı var.

Cəvahir

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR