Bakıda 18 yaşlı oğlan dəmir parçası ilə döyüldü

Bakıda 18 yaşlı oğlan dəmir parçası ilə döyüldü
10:17 11 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 18 yaşlı oğlan döyülüb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə ötən gecə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Davudov Davud Zülfüqar oğlu döyülərək yol kənarına atılıb.  D.Davudov yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müəyyən olub ki, D.Davudov başından küt alətlə zərbə alıb. Daha sonra onun bədəninin müxtəlif nahiyələrinə dəmir parçası ilə zərbələr endirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsində (PB) araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR