"Vahid Milli Hərəkat” parlamentə gedəcək

"Vahid Milli Hərəkat” parlamentə gedəcək
22:37 11 Oktyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bu barədə qərar partiyanın siyasi şurasının bugünkü iclasında qəbul olunub

Gürcüstanın ana müxalifət partiyası hesab edilən "Vahid Milli Hərəkat" parlamentə gedəcək.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə qərar partiyanın Siyasi Şurasının oktyabrın 11-də keçirilən iclasında qəbul olunub.
Partiyanın üzvü Azər Süleymanov deyib ki, bu gün siyasi şuranın növbəti iclası keçirilib: "İclasda oktyabrın 8-də keçirilmiş parlament seçkilərinin nəticələri, proporsional siyahı üzrə mandat qazanmış şəxslərin parlamentə getmələri və digər məsələlər müzakirə olunub".
A.Süleymanovun sözlərinə görə, deputat mandatı qazanmış şəxslərin parlamentə getməmələri barədə müəyyən fikirlər var idi: "Siyasi şura bu gün həmin şəxslərin parlamentə getməsi, həmçinin majoritar dairələrdəki namizədlərin ikinci turda mübarizəni davam etdirmələri barədə qərar qəbul edib".
İlkin məlumatlara görə, "Vahid Milli Hərəkat" partiyası seçkilərdə proporsional siyahı üzrə 27 deputat yeri qazanıb, majoritar dairədən isə hələlik heç bir mandat əldə etməyib. Marneulidəki 36 saylı dairədən namizədliyi irəli sürülmüş azərbaycanlı namizəd Əhməd İmamquliyev birinci turda seçicilərin 47,91 faizinin səsini toplayıb. İkinci turda onun rəqibi seçicilərin 43,41 faiz səsini toplamış Tamaz Naveriani olacaq.
A.Süleymanov bildirib ki, partiya üzvləri Ə.İmamquliyevin qələbə qazanması üçün səylərini davam etdirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/478468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR