KXDR-in yüksək rütbəli kəşfiyyatçısı Cənubi Koreyaya qaçıb

KXDR-in yüksək rütbəli kəşfiyyatçısı Cənubi Koreyaya qaçıb
06:42 12 Oktyabr 2016
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının (KXDR) kəşfiyyat orqanının yüksək rütbəli zabiti Cənubi Koreyaya qaçıb.
"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, həmin şəxs Cənubi Koreyada sığınacaq alıb. O, əvvəllər KXDR-in Dövlət Təhlükəsizlik Nazirliyində işləyib. Buna görə mühacirin adı açıqlanmır.
Bu arada Cənubi Koreya prezidenti Pak Kın Xe bildirib ki, Koreya Respublikasında siyasi sığınacağı tapmış Koreya Xalq Demokratik Respublikasından olan fərarilər "millətin birləşməsi üçün sınaq poliqonu" olacaqlar.
Rəsmi statistikaya əsasən, bu ilin yanvar – sentyabr aylarında Koreya Xalq Demokratik Respublikasının təxminən 900 vətəndaşı Koreya Respublikasına qaçıb. Bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 15 faiz çoxdur. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/kxdr-in-yuksek-rutbeli-kesfiyyatcisi-cenubi-koreyaya-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR