""Cənub qaz dəhlizi" layihəsi hamı üçün sərfəlidir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bolqarıstanın energetika nazirinin müavini Jeço Stankov İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi zamanı deyib.

Stankovun sözlərinə görə, Bolqarıstan bu layihəyə böyük maraq göstərir.

Nazir müavini deyib: "Cənub qaz dəhlizi" layihəsinin həyata keçməsi üçün bir çox ölkələr və şirkətlər qüvvəsini birləşdirib. Bu layihə yalnız Xəzər qazının nəqli üçün deyil, həm də digər aspektlərə malikdir".

Milli.Az